12.04.2025, 10:26
85
baxış
TURAN
Mövqelərimiz atəşə tutuldu
Aprelin 11-i saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.