Rusiyanın paytaxtı Moskvada yerləşən və son illər sürətlə inkişaf edən "Yeni Moskva" adlandırılan ərazidə ciddi insident baş verib. Medianews.az xəbər verir ki, ərazidəki yaşayış komplekslərindən birində kütləvi dava qeydə alınıb.
Hadisə ilə bağlı ilkin informasiyanı ntv.ru yayımlayıb. Bildirilir ki, insident zamanı bir qadın bir qrup miqrant tərəfindən döyülüb. Hadisənin səbəbləri hələ də tam aydınlaşdırılmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlumata görə, Rusiya İstintaq Komitəsi faktla bağlı araşdırmaya başlayıb. Artıq "xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb və hadisənin iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri görülür.
Qeyd edək ki, bu cür insidentlər son zamanlar "Yeni Moskva" ərazisində tez-tez baş verir. Əhali arasında narazılıq artdığı üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu cür halların qarşısının alınması üçün əlavə tədbirlərin görülməsi tələb olunur. Sözügedən hadisənin görüntülərini təqdim edirik.
Medianews.az