Dünyanın ən uzunömürlü insanının Əfqanıstanda yaşadığı iddia olunur. Medianews.az xəbər verir ki, Əfqanıstanda yaşdığı bildirilən Akel Nazir adlı kişi 140 yaşındadır və bu onu Yer kürəsinin ən yaşlı insanı statusuna namizəd edir.
Jurnalistlərin apardığı araşdırmaya əsasən, Akel Nazir təxminən 100 nəfərlik böyük bir ailəyə sahibdir. O, Əfqanıstanın 1919-cu ildə Britaniyadan müstəqillik əldə etdiyi dövrü və o zaman hakimiyyətdə olan kral Əmanullah Xanı yaxşı xatırladığını bildirir.
Qeyd edək ki, daha əvvəl dünyanın ən yaşlı insanı sayılan yaponiyalı Tomiko İtuka 116 yaşında – 2024-cü ilin dekabrında vəfat edib. Onun ölümündən sonra bu status Braziliyada yaşayan 116 yaşlı İna Canabarro Lukasa keçmişdi.
Əgər Akel Nazirin yaşı rəsmi şəkildə təsdiqlənsə, o, mövcud rekordu xeyli geridə qoyaraq Ginnesin Rekordlar Kitabına düşə bilər. Medianews.az