Medianews.az
Bölgələrə sərnişin axını rekord həddə çatıb
110 baxış

Bölgələrə sərnişin axını rekord həddə çatıb

19-20 mart tarixlərində paytaxtdan bölgələrə 27 800-dən çox sərnişin daşınıb.

Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumatda bildirilib ki, gücləndirilmiş rejimin ilk 2 günü ərzində rekord göstəricilər qeydə alınıb: “Birinci gündə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 386 reyslə 14 mindən çox, ikinci gün isə BBAK-dan 374 reyslə 13 824 sərnişin daşınıb. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 135 reys həyata keçirilib. Sərnişinlərin 48 %-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb”.

Bizə qoşulun