Rusiya prezidenti Vladimir Putin Kursk vilayətinə səfər edib.

O, hərbi geyimdə Kursk qrupunun komanda məntəqəsinə baş çəkib və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun hesabatını dinləyib.

Report qeyd edir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin bölgəyə hücumundan sonra Rusiya dövlət başçısının Kursk vilayətinə ilk səfəridir.
Teleqraf xəbər verir ki, Rusiya prezidenti qısa zamanda Kursk vilayətində Ukrayna hərbi qüvvələrini tamamilə darmadağın etməyi əmr edib. O, eyni zamanda Ukrayna ilə sərhəd boyunca təhlükəsizlik zolağının yaradılması təklifini də irəli sürüb.