Medianews.az
Yeni müharibə başlayır? – <span style=color:red>“Vəziyyət gərgindir” – Deputat AÇIQLADI
265 baxış

Yeni müharibə başlayır? – “Vəziyyət gərgindir” – Deputat AÇIQLADI

Millət vəkili, politoloq Hikmət Babaoğlu Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması xəbərini Medianews.az-a şərh edib. H.Babaoğlu sayta açıqlamasında deyib: “Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığı artıq sirr deyil. Üstəlik bu müharibəyə Ermənistan tək yox, Fransa və Avropa Birliyi daxilindəki islamafoblarla birlikdə hazırlaşır. Ancaq bu da məsələnin hamısı deyil. Bizim cənub qonşumuz da yeni bir müharibənin olmasını və Azərbaycanın uduzmasını şiddətlə arzu edir və bunun üçün əlindən gələni əsirgəmir. Hindistandan alınan silahların öz ərazisi üzərindən Ermənistana ötürülməsinə canfəşanlıqla yardım edir”. Politoloq əlavə edib ki, Rusiya-Ukrayna müharibəsinin sonu görünməyə başlayır və bu müharibə bitər-bitməz Rusiya ilk növbədə Cənubi Qafqaza fokuslanacaq: “Beləliklə, vəziyyət daha da gərginləşəcək. Ona görə də Ermənistan və Azərbaycan arasında yeni bir müharibənin başlanması az qala qaçılmaz kimi görünür. Bu günlərdə Ararat Mirzoyan Hindistandadır və yeni silahların alınması məsələsini müzakirə edir. Gələn il isə Ermənistanın baş naziri Nikol Paşinyanın yeni siyasi macərası baş tutacaq, yəni Ermənistanda seçkilər keçiriləcək. Deməli, seçkini qazanmaq üçün Paşinyana bir qələbə hekayəsi lazım olacaq. Əks təqdirdə Paşinyan hakimiyyətdən getməli olacaq ki, bu da onun faciəvi sonu hesab edilə bilər. Bax, vəziyyət bu qədər həssas və gərgindir”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun