Medianews.az
Suriyada 3 gündə ölənlərin sayı <span style=color:red>DƏHŞƏTƏ GƏTİRİR
137 baxış

Suriyada 3 gündə ölənlərin sayı DƏHŞƏTƏ GƏTİRİR

Suriyanın Latakiya, Tartus və Hüms əyalətlərində martın 6-dan etibarən davam edən qarşıdurmalar nəticəsində azı 532 mülki vətəndaş həlak olub. Musavat.com xəbər verir ki, “Rudaw” telekanalının yaydığı məlumata görə, toqquşmalar başlayandan bəri ölənlərin ümumi sayı 745-ə çatıb. Onların arasında 213 silahlı şəxs də var. Onlardan 93-ü Suriya hakimiyyətinin təhlükəsizlik qüvvələrinin əməkdaşları, 120-si isə keçmiş prezident Bəşər Əsədin tərəfdarlarının yaratdığı silahlı dəstələrin üzvləridir. Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Hüms əyalətlərində təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Əsədin tərəfdarları arasında silahlı qarşıdurmalar baş verib. Ən gərgin döyüşlər isə Əsəd ailəsinin mənsub olduğu dini azlıq – ələvilərin yaşadığı Cəblə şəhərində qeydə alınıb.

Bizə qoşulun