Medianews.az
Tramp: <span style=color:red>“Bu, son tarixdir” 
97 baxış

Tramp: “Bu, son tarixdir” 

"Avropa İttifaqı ABŞ-ı möhkəmləndirmək üçün yaradılıb" söyləyən Donald Tramp Aİ-nin bütün idxal məhsullarına 25 faiz rüsum tətbiq edəcəyini vurğulayıb. ABŞ prezidenti Donald Tramp yenə Aİ ilə bağlı açıqlama verib. Medianews.az-ın məlumatına görə, Tramp bildirib ki, o, Avropa İttifaqından malların idxalına 25 faiz rüsum tətbiq etməyi planlaşdırır. Bu barədə Tramp hakimiyyətə gələndən sonra formalaşdırdığı kabinetin ilk iclasında çıxışı zamanı danışıb. Tramp deyib: "Mən Avropa ölkələrini sevirəm. Mən əslində bütün ölkələri özünəməxsus xüsusiyyətlərinə çox görə sevirəm, lakin Avropa İttifaqı ABŞ-ı möhkəmlətmək məqsədilə yaradılıb... Onlar bunu yaxşı bacardılar, amma indi mən prezidentəm". Tramp həmçinin xatırladıb ki, Kanadadan və Meksikadan idxal edilən bütün mallar üçün 25 faizlik tariflər 2 apreldə qüvvəyə minəcək. ABŞ prezidenti qeyd edib ki, bu, administrasiyanın digər ölkələrə verdiyi cavab tariflərini elan etmək üçün təyin olunmuş son tarixdir.

Bizə qoşulun