Medianews.az
Faciə: Yeni evlənən cütlük
53 baxış

Faciə: Yeni evlənən cütlük yük maşını altında qalaraq ÖLDÜ

Hindistanda toy mərasimindən bir gün sonra gənc ailə faciəvi şəkildə həlak olub.

Medianews.az xəbər verir ki, Madhya-Pradeş ştatında baş verib.

25 yaşlı bəy, onun həyat yoldaşı, 50 yaşlı anası və daha bir qohumu motorikşada oturarkən quş yemi ilə yüklənmiş yük maşını idarəni itirərək onların üzərinə aşıb. Motorikşa sürücü və bəyin bacısı, 19 yaşlı qız həmin an mağazaya gediblər.

Maşın avtoriqşanı tamamilə əzib, içəridəki dörd nəfər hadisə yerində dünyasını dəyişib. Yerli sakinlər qalıqları çıxarmağa çalışsalar da, ağır metal parçaları səbəbindən bələdiyyə buldozeri çağırılıb.

Hadisə günü cütlük evlərinə dönürdü. Bəyin bacları da onlarla idi, çünki həmin gün nişanı planlaşdırılmışdı. Qəza səbəbindən nişan təxirə salınıb, ailə isə indi dəfn mərasiminə hazırlaşır.

Medianews.az

Bizə qoşulun