"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.
NOCOMMENT.az xəbər verir ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
"Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür. Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək".