Medianews.az
İlyas İsmayılovla vida <span style=color:red>mərasimi keçirilir
124 baxış

İlyas İsmayılovla vida mərasimi keçirilir

Bakıda Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror İlyas İsmayılovla vida mərasimi keçirilir. Teleqraf xəbər verir ki, Heydər məscidində keçirilən mərasimdə ictimai-siyasi xadimlər, İlyas İsmayılovun partiyadaşları, ailə üzvləri və yaxınları iştirak edirlər. Vidadan sonra İlyas İsmayılov Bakının Nardaran qəsəbəsindəki qəbiristanlıqda - mərhum oğlu Etimad İsmayılovun məzarı yanında dəfn olunacaq. Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. İ.İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib. Siyasətçi fevralın 17-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. İ.İsmayılov səhhətində xeyli vaxtdır problemlər vardı. Partiya lideri insult keçirmiş, daha sonra komaya düşmüşdü. Onun böyrəkləri də funksiyasını itirmişdi.

Bizə qoşulun