12.02.2025, 10:26
195 baxış
Lamiyə
13 yaşlı qız kağıza yazdığı 2 kəlmə ilə XİLAS EDİLDİ
ABŞ-nin Los-Anceles şəhərində 13 yaşlı qız, onu qaçıran şəxsin əlindən kağıza yazdığı 2 kəlimə ilə xilas edilib.
Medianews.az xəbər verir ki, Naomi Daniella Santos adlı qız silahlı şəxs tərəfindən zorla maşına mindirilib və zorakılığa məruz qalıb.
Yol boyu onu dəfələrlə təhqir edən şəxs maşın bir məkanda saxlayıb və qıza paltarını dəyişməsini deyib. Bu zaman yeniyetmə qız kağız parçasına “Mənə kömək et” yazaraq yoldan keçənlərin diqqətini çəkməyi bacarıb.
Santosun yavaşca qışqırması vətəndaşın polisə müraciət etməsi ilə nəticələnib və qız xilas edilərək təhlükəsiz əraziyə aparılıb.
Hücum edən 62 yaşlı Stiven Robert Sablan həbs edilib və onu 35 il həbs cəzası gözləyir.
Məlum olub ki, Sablanın əvvəllər silahlı soyğunçuluq, oğurluq və narkotik maddə saxlamaq ittihamı ilə məhkumluğu olub.
Medianews.az