Medianews.az
Qızılın qiyməti yeni <span style=color:red>rekord vurdu
207 baxış

Qızılın qiyməti yeni rekord vurdu

Nyu-York Ticarət Birjasının "Comex" bölməsində aprel fyuçersləri üzrə qızılın qiyməti tarixi maksimumunu yeniləyərək 1 troy unsiyası üçün 2 950 dollar həddini keçib. BAKU.WS xəbər verir ki, ticarət platformalarının verdiyi son göstəricilər qızılın dəyərində əhəmiyyətli artım olduğunu təsdiqləyir. Bu gün səhər saatlarında qızılın qiyməti 1,60% yüksələrək 2 950,3 dollar olub. Daha sonra artım davam edərək bir unsiya üçün 2 953,8 dollara (+1,72%) çatıb. Qeyd edək ki, qızılın dəyərinin yaxın günlərdə necə dəyişəcəyi isə bazarın dinamikasından asılı olacaq.

Bizə qoşulun