Medianews.az
Salyan heyvasının <span style=color:red>sağlamlığa FAYDASI - VİDEO
264 baxış

Salyan heyvasının sağlamlığa FAYDASI - VİDEO

Salyanda 3 növ heyva yetişir. İkisi payız, biri isə "Salyan heyvası" adlanan qış heyvasıdır. Aprel-may aylarında çiçəkləyən, sentyabr və oktyabrda yığılan heyvalardan fərqli olaraq bu növ heyva noyabr və dekabrda yetişir. Rayon sakini Allahverdi Piriyevin sözlərinə görə, qış heyvası Salyanın ən sevilən meyvələrindəndir: "Qış heyvası şirin olur, özünəməxsus ətri var. Bu cənnət meyvəsi insanın sağlamlığına xidmət edən resursu verir. İnsan immuniteti zəifləyəndə xəstələnir. Heyva bunun qarşısını alır. Bu meyvə həm də xalq təbabətində bəzi xəstəliklərin müalicəsi üçün istifadə edilir". Daha ətraflı Baku TV-nin süjetində:

Bizə qoşulun