Medianews.az
Dağlıq ərazilərdə 13 dərəcəyədək <span style=color:red>şaxta qeydə alınıb
97 baxış

Dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Bu barədə Medianews.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir. Bildirilib ki, saat 10:00-a olan məlumata əsasən hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub. Verilən məlumata görə, yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub. Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.

Bizə qoşulun