Medianews.az
Ronaldonun oğlu “qan edir” – <span style=color:red>Görün bir oyunda neçə qol vurdu
203 baxış

Ronaldonun oğlu “qan edir” – Görün bir oyunda neçə qol vurdu

“Əl Nəsr”in ulduz hücumçusu Kriştianu Ronaldonun oğlu, kiçik Kriştiano Ronaldo Ər-Riyad klubunun yeniyetmələrdən ibarət komandasının (15 yaşa qədər) heyətində təsirli nəticəyə imza atıb. Medianews.az Publika.az-a istinadən xəbər verir ki, Ciddə “Əl-İttihad”ı ilə yanvarın 23-də baş tutan matçda “Əl-Nəsr” 5:4 hesabı ilə qalib gəlib, 14 yaşlı Kriştiano isə 5 qolun hamısını vurub. Ronaldonun oğlu 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna qədərdir.

Bizə qoşulun