Medianews.az
AFFA rəsmisi “Fənərbaxça”nın matçına <span style=color:red>təyinat aldı
92 baxış

AFFA rəsmisi “Fənərbaxça”nın matçına təyinat aldı

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb. Medianews.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb. O, UEFA Avropa Liqasının VII turu çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Lion” (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq. Qeyd edək ki, qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Bizə qoşulun