03.01.2025, 08:59
109 baxış
Azad
Neymar "Əl-Hilal" rəsmilərini qəzəbləndirdi
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən Neymar növbəti dəfə komandanın məşqini buraxıb.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, futbolçu qarın nahiyəsindəki ağrılara görə hazırlığa qatılmayıb.
Klub rəsmiləri Neymarın bu hərəkətindən qəzəblənərək müqaviləsinə xitam vermək barədə danışıqlara başlayacaqlarını bildiriblər.
Xatırladaq ki, Neymar bunadək 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər zədə üzündən meydanlardan kənarda qalıb.
Futbolçu cari mövsümdə cəmi iki oyun keçirdikdən sonra da zədələnib.