Medianews.az
Konfetlə çənəsini<span style=color:red> SINDIRDI
183 baxış

Konfetlə çənəsini SINDIRDI

Kanadadan olan 19 yaşlı qız konfetlə görə dişini və çənəsini sındırıb. Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, o, bu barədə öz TikTok hesabında danışıb. Djaveriya Vasim dostu ilə gobstopper, içərisində saqqız olan top şəklində sərt caramel yeyiblər. Vasim konfet haqqında bütün eşidiklərini yoxlamaq və onu dişləmək qərarına gəlib. O, bir parça qoparmağı bacarıb, bundan sonra çənəsində kəskin ağrı hiss edib. Şirniyyat üzündən qızın ön dişlərindən biri qırılıb, digəri isə boşalmağa başlayıb. Vasim xəstəxanaya gedib və orada iki yerindən çənə sınığı diaqnozu qoyulub. Qız ertəsi gün dişi ilə bağlı müəyyən əməliyyat keçirib. Bundan sonra qız şiddətli ağrılar keçirib və onlara dözə bilmədiyi üçün daim yatdığını bildirib. Vasim öz hərəkətini axmaq adlandırıb. Dekabrın 23-də qız ağzını açmağa başlasa da, braket taxmalı olacaq.

Bizə qoşulun