26.12.2024, 06:39
139 baxış
Azad
Uşaqlar gün ərzində nə qədər konfet yeyə bilərlər? - Pediatrdan tövsiyə
Rusiyalı pediatr və baş həkim İsmayıl Osmanov uşaqların yeyə biləcəkləri konfetin məqbul miqdarı barədə açıqlama verib.
Bu barədə Medianews.az oxu.az-a istinadən xəbər verir.
Məlumata görə, məhsulların tərkibindəki şəkərin miqdarı ilə əlaqədar olaraq həkim müəyyən edib ki, birinci sinif şagirdləri gündə 45 qramdan, daha böyük uşaqlar isə 67-dən çox konfet yeyə bilməz.
"Kifayət qədər fiziki aktivlik şərtlərində, yeniyetməlik yaşına çatmamış uşaqlar gündə 1-2 konfet, yeniyetmə uşaqlar isə 2-3 konfet yeyə bilərlər", - deyə İsmayıl Osmanov qeyd edib.