01.12.2024, 10:49
69 baxış
Nailə
İsrail Ordusu Cenin şəhərinə hava hücumu edib
İsrail Ordusunun Hərbi Hava Qüvvələri İordan çayının qərb sahilindəki Cenin şəhəri ərazisində bir qrup silahlı radikala zərbə endirib.
Medianews.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.
“Ynet” portalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin təyyarəsi dörd silahlı radikaldan ibarət dəstəyə zərbə endirib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından və sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi, 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girov götürülənlərin hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb. Qəzza zolağında döyüşlər bu gün də davam edir.