Medianews.az
Gəncədə qadın bıçaqlandı: <span style=color:red>Əri saxlanıldı
67 baxış

Gəncədə qadın bıçaqlandı: Əri saxlanıldı

Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Medianews.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini 1992-ci il təvəllüdlü A.Rəhimovanın kəsici-deşici alətlə bədən xəsarətləri yetirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tural Rəhimov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizə qoşulun