Bu il ali təhsil müəssələrinə qəbul imtahanında keçid ballarının enəcəyi gözlənilir. Buraxılış imtahanında şagirdlərin göstərdiyi nəticəyə əsasən, ekspertlər bu fikirdədir.
Medianews.az Milli.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəlliyevin sözlərinə görə, 3-cü və 4-cü qruplarında keçirilən imtahanlarda riyaziyyat fənninin çətin olması ilə keçid ballarının enməsi gözlənilir:
"Əgər qəbul imtahanın da sualları çətin olarsa, balların aşağı düşməsi qaçılmazdır. Əksinə suallar asan tərtib edilərsə, ballar qalxacaq. Əlbəttə ki, bunu indidən demək çətindir. Çünki blok imtahanlarının birinci və ikinci cəhdi olacaq. Suallar keçən ilki imtahanla eyni səviyyədə olarsa, balların düşməsi gözləniləndir".
Ekspert qeyd edir ki, ballarda ciddi şəkildə enmə olarsa, müsabiqə şərtinin də gərgin keçməsi gözlənilir. Müsabiqədən keçən abituriyentlərin sayı dəqiq bilinmədiyi üçün dəqiq nəsə demək çətindir.