Medianews.az
Prezidentdən strateji hədəflərə ünvanlanan <span style=color:red>TARİXİ MESAJ - FOTO
141 baxış

Prezidentdən strateji hədəflərə ünvanlanan TARİXİ MESAJ - FOTO

“Bakının mərkəzində gözəl bir parkda Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olan Aşıq Ələsgərin möhtəşəm abidəsinin ucaldılması bir çox cəhətləri ilə əlamətdar tarixi hadisədir. Aşıq Ələsgər təkcə Azərbaycan saz-söz sənətinin uca zirvəsi deyil, eyni zamanda türk dünyasının azman sənətkarı, saz sənətinə, sözə, türklüyə və islam ədəb-ərkanına ləyaqətlə xidmət etmiş, böyük məktəb yaratmış, bölgənin adını da öz adına, şöhrətinə layiq təmsil və tərənnüm  etmiş,  dövrünün Dədə ünvanını almış, el ağsaqqalı, ictimai xadimdir”. Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Musa Quliyev bildirib. O qeyd edib ki, paytaxt Bakıda Aşıq Ələsgərin abidəsinin ucaldılmasının xüsusi bir əhəmiyyəti də var. Millət vəkilinin sözlərinə görə, bu, böyük saz-söz ustadının doğulub-böyüdüyü, yazıb-yaratdığı, toy-şənlik məclisləri keçirdiyi Göyçə mahalının, bütünlüklə tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın işğal altında olması, soydaşlarımızın 35 ildən artıqdır Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində qaçqın düşüb ata-baba yurdlarının həsrəti ilə yaşamasıdır: “Məhz heykəlin açılışındakı nitqində cənab Prezident İlham Əliyevin "Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik", - sözləri böyük strateji hədəflərə ünvanlanmış tarixi mesajdır”. M.Quliyev vurğulayıb ki, Aşıq Ələsgərin abidəsinin Bakıda ucaldılması Prezident İlham Əliyevin böyük ustadın anadan olmasının 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi  barədə sərəncamının icrası olaraq həyata keçirilib: “Bu sərəncam dövlət başçımızın həm Aşıq Ələsgər şəxsiyyətinə, həm də milli kimliyimizin ünvanlarından biri olan aşıq sənətinə diqqət və qayğısının ifadəsidir. Bu abidənin açılışında cənab Prezidentin iştirak və çıxış etməsi həm də Qərbi Azərbaycandan olan soydaşlarımıza, Qərbi Azərbaycan İcmasına, doğma yurdlarımıza qayıdış istəyimizə hörmət və  dəstəyin ifadəsi kimi qiymətlidir”. Turan ORUC

Bizə qoşulun