Xətai rayonu Sarayevo küçəsindən Bakı şəhər sakini olan bir nəfərin “Mercedes” markalı avtomobili qaçırılıb.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Şakir İbrahimov avtomobillə birgə saxlanılıb.
Qeyd edək ki, avomobilin sahibi maşının salonunu sərin olması üçün kondisioneri işlək vəziyyətdə saxlayıb. Sahibinin nəqliyyat vasitəsini tərk edən zaman qapıların açıq qaldığını müşahidə edən Ş.İbrahimov avtomobili qaçıraraq həmin ünvandan uzaqlaşıb.