Medianews.az
Xameneyinin varisi kim olacaq?
122 baxış

Xameneyinin varisi kim olacaq?

İran prezidenti İbrahim Rəisinin təyyarə qəzasında həlak olması İranın dini lideri Ayətullah Əli Xameneyinin oğlunu atasının əsas mümkün varisi edir. Medianews.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb. Nəşrin məlumatında qeyd edilib ki, Rəisinin ölkə rəhbərliyinə sədaqəti son illərdə onun İranın ali lideri kimi Xameneyini əvəz edə biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub. “ İndi isə onun ölümü ilə ölkədə və onun hüdudlarından kənarda bir çox insanlarda oğlu Müctəbin Xamneyinin vəzifəsinə əsas namizəd olacağına inam güclənəcək”. Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun baş əməkdaşı Behnam Ben Taleblounun sözlərinə görə, həlak olan prezident Xameneyinin dövlətin başında görmək istədiyi adamlardan idi: “Rəisinin ölümü onun varisinin seçilməsi prosesində mümkün namizədlər dairəsini daraldır və Xameneyinin oğlu potensial namizədlərdən biridir”. Ayşən  

Bizə qoşulun