Çərşənbə axşamı, 21 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib – FOTO

TURAN
18/02/2023 20:34
60
BAXIŞ
FacebookTwitterTelegram

Fevralın 18-də Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib.

İdman tədbirinin keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək və insanlar arasında bu idman növlərinə marağı artırmaqdır.

2 gün davam edəcək yarışa öncədən qeydiyyatdan keçən, böyük və uşaqlardan ibarət 12 kateqoriya üzrə 50-dən çox həvəskar xizəkçi qatılıb.

Yarışın 1-ci günündə 3 böyük yaş kateqoriyası üzrə kişi və qadınlardan ibarət xizəkçilər “Slalom Gigant” növü üzrə mübarizə aparıblar.

Yarışın ilk günündə nəticələr aşağıdakı kimi olub.

*Veteran kişilər arasında:*
1. Daniel Makkenel (BƏƏ)
2. Artur Sionek (Polşa)
3. Pavel Kerzanovski (Polşa)

*Gənclər arasında:*
1. Viktor Sionek (Polşa)
2. Elbrus Əzizov
3. Ramin Beybutov

*Veteran qadınlar arasında:*
1. Tatyana Yeqanova (Rusiya)
2. Anna Vəliyeva
3. Daria Bivol

*Kişilər arasında “Ustad xizəkçi” kateqoriyası üzrə:*
1. Nəsir Fərhadov
2. Ramiz Ağayev
3. Murad Aydınov

*Qadınlar arasında “Ustad xizəkçi” kateqoriyası üzrə:*
1. Nəzrin Qəribova
2. Şəbnəm Hümbətova

Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Milli Olimpiya Komitəsi tərəfindən Azərbaycanın tanınmış idmançılarının iştirakı ilə medallar və diplomlarla təltif olunublar, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

İdman tədbiri çərçivəsində, həmçinin fləşmob da keçirilib. Fləşmobda 160 turizm könüllüsü tərəfindən pankartlarla Ümummilli lider Heydər Əliyevin şəkli əks olunan görüntü və “Heydər Əliyev 100 il” yazısı nümayiş olunub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Olimpiya Komitəsinin nümayəndələri və bir sıra tanınmış idmançılar qonaq qismində iştirak ediblər.

İdman tədbiri fevralın 19-da uşaqlar arasında 3 yaş kateqoriyası üzrə olmaqla davam etdiriləcək.

 

1 of 12
- +

DAHA ÇOX OXU

1-MANŞET

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! – İş yerləri – 1500 AZN maaş

21/03/2023 15:44
export

AZƏRBAYCANDA ŞOK! Gəlinin yad kişilərlə intim görüntüsü qayınanın əlinə keçdi – VİDEO

21/03/2023 15:40
1-MANŞET

Bakıda ərini qətlə yetirən qadın: “Oturub xırıltısının kəsilməsini gözlədim” – TƏFƏRRÜAT

21/03/2023 15:34
1-MANŞET

“Dəniz Mall”da həyəcan – Polis hərəkətə keçdi – FOTOLAR

21/03/2023 15:22
1-MANŞET

Bakıda çəkilən bu görüntü gündəm oldu – Yerə uzanıb …

21/03/2023 15:07
Dünya

Eyfel qülləsinin bir hissəsi hərraca çıxarılır

21/03/2023 05:26
SON XƏBƏR

Öz maşını ilə Fransadan yardım gətirən 24 yaşlı qız Kahramanmaraşa çatdı

Ukraynalı zabit Baxmutun mərkəzindən videomüraciət yaydı: “Cəbhədə vəziyyət son dərəcə mürəkkəbdir” - VİDEO

“Çoxlarınız “kokeyşn büro” haqda fikirlər gözləyirdiniz” - Video

Xəbər lenti

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! – İş yerləri – 1500 AZN maaş

21/03/2023 15:44

AZƏRBAYCANDA ŞOK! Gəlinin yad kişilərlə intim görüntüsü qayınanın əlinə keçdi – VİDEO

21/03/2023 15:40

Bakıda ərini qətlə yetirən qadın: “Oturub xırıltısının kəsilməsini gözlədim” – TƏFƏRRÜAT

21/03/2023 15:34

“Dəniz Mall”da həyəcan – Polis hərəkətə keçdi – FOTOLAR

21/03/2023 15:22

Bakıda çəkilən bu görüntü gündəm oldu – Yerə uzanıb …

21/03/2023 15:07

Qubada DƏHŞƏTLİ OLAY – Polis maşınla..

21/03/2023 14:53

Aptekə dərman almağa gələn şəxs NİYƏ ÖLDÜ?

21/03/2023 14:36

Əlil arabasına möhtac qalan Tağı Əhmədovla bağlı YENİ İDDİA

21/03/2023 14:20

Cahit Bağçı Azərbaycana TƏŞƏKKÜR ETDİ

21/03/2023 13:41

Bakıda torpağın 1 sotunun ŞOK QİYMƏTİ

21/03/2023 13:10

Putin müharibə bölgəsinə KOPYASINI GÖNDƏRDİ

21/03/2023 12:25

Tanınmış döyüşçü Faciəvi şəkildə HƏYATINI İTİRDİ

21/03/2023 12:07

“Səs Azərbaycan”ın qalibi BU ŞƏXS OLDU

21/03/2023 11:52

Xan öldürüldü – Pakistanda NƏ BAŞ VERİR?

21/03/2023 11:30

Qadınların vazkeçə bilmədiyi KİŞİ BÜRCLƏRİ

21/03/2023 11:14

Nüşabə Ələsgərli qızına belə VİLLA TİKDİRİB-FOTO

21/03/2023 10:32

Qurani-Kərimi yandırmaq istəyən şəxs haqqında BU QƏRAR VERİLDİ

21/03/2023 09:59

Avstriyadakı Azərbaycan Evində Novruz bayramı qeyd olunub

21/03/2023 09:46

Benzinlə bağlı VACİB MƏLUMAT

21/03/2023 09:38

Xalq artisti Mələkxanım Eyubovanın qızı GÖRÜN HARADA İŞƏ BAŞLADI

21/03/2023 09:21

Azərbaycana yaz gəldi…

21/03/2023 09:13

Yevlaxda itkin düşən və bu gün tapılan 4 yeniyetmə harada imiş? – Sən demə…

21/03/2023 09:08

Bakı-Qazax yolunda beş avtomobil toqquşub -Yol bağlanıb

21/03/2023 08:49

Aktrisa Aidə həyatındakı köklü dəyişikliyə televiziyadan uzaqlaşmaqla başladı

21/03/2023 06:16

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.