Medianews.az
Laçında ermənilərin basdırdığı növbəti minalar zərərsizləşdirildi - Foto
64 baxış

Laçında ermənilərin basdırdığı növbəti minalar zərərsizləşdirildi - Foto

Laçında ermənilərin basdırdığı növbəti minalar zərərsizləşdirildi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir.u Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib. Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb. Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir”, - məlumatda qeyd olunur.

Bizə qoşulun