Hadisə sentyabrın 19-u saat 22:40 radələrində paytaxtın Nizami rayonu, Q Qarayev prospektində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 1994-cü il təvəllüdlü Məmmədov Sabir Sahib oğlu idarə etdiyi “Haval” markalı avtomobillə şəxsiyyəti məlum olmayan 30-35 yaş arası piyada qadını vurub.
Nəticədə piyada hadisə yerində ölüb. Report.az-ın məlumatına görə, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.