"Qida sənayesi çoxmilyardlıq dövriyyəyə malikdir. Və sözsüz ki satışı, gəliri daha da artırmaq üçün yeni yollar düşünürlər.
Əlbəttə ki onları sizin sağlamlığınız qətiyyən maraqlandırmır. Qida istehsalçıları biznes iş adamlarıdır, nəyisə düzəldəndə əsas istədikləri- məhsul sürətli satılsın, dadlı olsun, iyi gözəl olsun, ona tələbat artsın, tez xarab olmasın və s. Yəni məhsul üstlərində qalmasın, pul gətirsin"
Medianews.az xəbər verir ki, bu sözləri həkim reanimatoloq-anestezioloq Şahin Məmmədov sosial şəbəkə hesabında yazıb. O, arıqlaya bilməyənlərə istifadə etdikləri qidaların nə qədər zərərli olduğunu izah edib:
"1969 cu ildə alim John Olney siçanlar üzərində tədqiqat aparırdı və onların qidasına monosodium glutamat ( MSG) adlı maddə qatırdı. Tamam başqa şeyə görə. Çünkü bu maddə bizim də beynimizdə var, mediatordur. Alimin işçiləri fikir verdi ki cəmi 6 aya msg verilən siçanlar bu dərəcədə kökəlib, obez olublar.
Sonra insanlarda da baxdılar ki, bu maddəyə həssaslıq siçandan və rezus meymunundakından dəfələrlə çoxdur. Siçanların piylənmə səbəbini tez araşdırıb tapdılar. Sən demə bu maddə qidaya qatılanda yeməyin dadı 80 faiz daha ləzzətli olur, yeyən bir də istəyir, doymur+ bu yemək onu xoşbəxt edir, əhval ruhiyyəni qaldırır, buna görə narkotik asılılıq yaradır. Həmin yemək olmayanda depressiya yaranır- sanki narkotik aludəçisi depressiyaya düşür.
Əlbəttə ki, bu maddənin belə xüsusiyyətlərinin kəşfi qida istehsal edən şirkətlərin çoxdan axtardığı bir məlumat idi. Araşdırdılar ki, qidaya qatanda zəhərli deyil, insan dərhal ölmür.
İndi bütün fast foodlar ( tərkibi mayonez, ketçup , soya sousu, msg qatılmış duz və ədviyyatlar, sosiskalar, dondurulmuş ət), çipsilər, peçenyələr, bütün konservalar, kolbasalar, satılan bütün şirəli içkilər, enerji içkiləri, limonadlar, turşular, şiriniyyatlar, şkoladlar, hətta bəzi çörəklər, demək olar ki super marketdə paketlənmiş, üzərində yazı olan hər bir qidaya MSG qatılır ki, alasınız, yeyəsiniz, doymayasınız. Və mütləq yenə onu arzulayasınız. Yəni sizi narkoman edirlər. Narkotik asılılıqla eyni şeydi. Necə ki, siqareti, kokaini tərgitmək çətindir, çöldən alınan qida da bu cür təlabat verir.
İndi bildiniz niyə insanlar xoşladığı insanla kələm borşu, qreçka yeməyə yox məhz, kortof, free yanında ketcup, pizza, kfc, suşi, dondurma kimi yeməklər yemək istəyir? Niyə kinoya baxmağa gedəndə pop korn alırlar? İndi bildiniz piylənmələr, artıq çəkilər, bunlarla əlaqədar şəkər xəstələri, xərçəng, infarktlar, insultlar, hipertenziya niyə 70 ci illərdən sonra kəskin artdi? Niyə xəstəxanalar xəstə ilə doludur?
İndi bildiniz niyə arıqlaya bilmirsiniz? İndi bildiniz niyə restoranda yox, ancaq ev yeməyi yeyin deyirik?
İndi bildiniz niyə deyirəm adi sudan başqa heç nə içməyin? Bu siçan kimi kök olmaq istəmirsizsə əməl edin".

Medianews.az