“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında II turun “Sumqayıt”la səfər matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etməyəcək”.
Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
O bildirib ki, UEFA Çempionlar Liqasında Çexiyanın “Viktoriya” (Plzen) kollektivi ilə görüşlərlə əlaqədar Premyer Liqa qarşılaşmasını ertələtmək fikirləri yoxdur.
“Çıxıb çempionat matçımızı keçirəcəyik. Sonrasına isə baxarıq”, – deyə Qurbanov əlavə edib.
Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”la oyununu avqustun 13-də “Kapital Bank Arena”da keçirəcək. Matç saat 18:20-də başlanacaq.
“Viktoriya” ilə qarşılaşmalar isə 16 avqustda evdə, 23 avqustda səfərdə olacaq.(report)