Afrikanın qərb və mərkəzi hissələrində ümumiyyətlə tropik bölgələrdə müşahidə edilən meymun çiçəyi xəstəliyi son həftələrdə sürətini artırmağa başlayıb. Ötən həftə Türkiyədə aşkar edilən meymun çiçəyi xəstəliyinin endemik olmadığı 52 ölkədə qeydə alınıb.
Medianews.az xəbər verir ki, Covid-19 epidemiyası səbəbiylə dayandırılan Həcc ziyarətlərinin bərpa olunduğu günlərdə Səudiyyə Ərəbistanı rəsmiləri açıqlama verib. Xəstəliyin sürətlə yayıldığını qeyd edən Cizan Universitetinin dosenti Abdullah Algaissi, “bu xəstəliyin hava və havadakı hissəciklər vasitəsilə ötürüldüyü hələ məlum deyil. Ümumiyyətlə cinsi əlaqə və ya xəstənin yaralarına toxunmaqla yoluxulduğu bilinir. Bu xəstəlik narahatlıq doğurur” deyə bildirib.
Ərəb mütəxəssisləri Həcc ziyarətinə gələnlərin tam peyvənd olunmalı və maskalı olması lazım olduğunu xatırladaraq, “Həcc ziyarəti zamanı bir insanda simptomlar müşahidə olunarsa, dərhal özünü təcrid etməlidir. Həmçinin başqa insanlarla təmasdan çəkinin”,-deyə bildirib.
Leyla, Medianews.az