Məşhur türk aparıcı Müge Anlı canlı yayımda şəxsi həyatı ilə bağlı müjdə verib.
Medinews.az xəbər verir ki, İstanbul Polisi Asayiş Şöbə müdiri Şinasi Yüzbaşıoğlu ilə birlikdə olduğunu izah edən Müge Anlı, tezliklə nikah masasına oturacağını bildirib.
“Bu gün özümlə bağlı bir xəbər verim. Əslində bu xəbəri cümə günü verəcəkdim, amma o qədər yalan xəbərlər var ki… Onsuz da heç birinə cavab vermirəm. Özüm heç vaxt heç kimlə əlaqə saxlamıram. Pis yazanlara deyirem sizi oxumuram!
Əziz dostlar, siz illərdir məni nəinki öz evinizdə qonaq etdiniz, hətta ailənizin bir üzvü kimi də qəbul etdiniz. Ona görə də özüm haqqında sizi çox sevindirəcək bir xəbəri eşitməyinizi istədim. Mən evlənməyə qərar verdim.
Hamı evlənir, məncə şişirtmək olmaz, amma xoşbəxt olacağınızı bilirdim. Dualarınızı qəbul etmək istədim. Gələcək kürəkəninizin adını da açıqlayım. Gələcək kürəkəninizin adı Şinasi Yüzbaşıoğludur. O, dövlət qulluqçusudur. Onun çox hörmət etdiyim bir işi var. Siz mənim şəxsi həyatıma həmişə hörmətlə yanaşmısınız. Əminəm ki, siz mənim qərarıma hörmət edəcək və bunu mənim xoşbəxtliyim üçün edəcəksiniz. Ümid edirəm ki, yeni mövsümdə sizinlə evli qadın kimi görüşəcəm”,-deyə aparıcı bildirib.
Xatırladaq ki, Müge Anlının 1993-cü ildə evləndiyi və 2008-ci ildə boşandığı Burhan Akdağla evliliyindən bir qızı var.
Leyla, Medinews.az