İraqda ötən ilin sonunda keçirilən ümumi seçkilərdən sonra hökumətin qurulması prosesində böhran yaşanarkən, seçkilərin qalibi şiə lideri Müqtəda Sədr parlamentdəki partiyasının deputatlarından istefa vermələrini istəyib.
Medianews.az xəbər verir ki, 329 yerlik İraq Məclisində 75 deputatı olan Sədr Qrupu lideri Müqtəda Sədrin çağırışı ilə deputatlar istefa ərizələrini Məclisin sədri Məhəmməd Halbusiyə təqdim ediblər.
İstefa ərizəsini dərin hüznlə qəbul etdiyini bildirən TBMM sədri Halbusi sosial media hesabından verdiyi açıqlamada bildririb: “Qardaşım cənab Müktəda Sədrin tələbi ilə Sədr Qrupu deputatlarının istefasını razılıq olmadan təsdiqlədim. Sədri bu addımından çəkindirmək üçün çox çalışdım, amma o, vətən və millət üçün fədakarlıq etmək istədiyini söylədi”.
Leyla, Medianews.az