Rusiya-Ukrayna müharibəsi davam etdiyi vaxtda, Rusiya ordusu ölkə daxilində mülki yaşayış məntəqələrinə zərbələr endirməkdədir.
Medianews.az xəbər verir ki, Rusiya qoşunları Ukraynanın Donetsk və Luqansk vilayətlərinə hücum edib.
Ukrayna Ordusunun Birgə Qüvvələr Qrupunun hücumdan sonra verdiyi açıqlamada, “son 24 saat ərzində Rusiya əsgərləri Donetsk və Luqansk bölgələrində bir çox yaşayış məntəqəsini atəşə tutub. Hücumlarda ən azı 8 mülki vətəndaş həyatını itirib, 4 mülki vətəndaş isə yaralanıb. Rusiya ordusu 56 mülki yaşayış məntəqəsinə, o cümlədən 40 yaşayış binasına ziyan vurub. Xilasetmə qrupları münaqişə zonalarından 1491 nəfəri təxliyə edib”,-deyə bildirilib.
Leyla, Medianews.az