Rusiya ilə müharibədə Ukrayna tərəfindən təqribən 700 min ukraynalı hərbçi iştirak edir.
Medianews.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna daxili işlər nazirinin müavini Yekaterina Pavliçenko açıqlayıb. Onun sözlərinə görə, müharibə müddətində 40 min ukraynalı ölüb və ya yaralanıb.
Pavliçenko bildirib ki, təqribən 3 milyon Ukrayna vətəndaşı müvəqqəti olaraq işğal olunan ərazilərdədir.
Leyla,Medianews.az