Banqladeşin cənub-şərqində kimyəvi konteyner anbarında baş verən partlayış nəticəsində azı 28 nəfər həlak olub.
Medianews.az xəbər verir ki, səlahiyyətlilərin verdiyi açıqlamalarda 100 nəfərin də yaralandığı bildirilir.
Banqladeşin Dəkkə şəhərindən 216 kilometr cənub-şərqdə yerləşən Çittaqonq rayonunda kimyəvi maddələrlə dolu konteyner anbarında baş verən partlayışın səbəbi hələlik məlum deyil. Partlayış nəticəsində baş verən yanğında ən azı 28 nəfər həyatını itirib, 100-dən çox insan isə yaralanıb.
Həyatını itirənlər arasında ən azı 5 yanğınsöndürənin də olduğu açıqlanıb. Konteyner anbarında baş verən ilk partlayışdan sonra ard-arda partlayışlar olub və yanğın geniş əraziyə yayılıb. Yerli mətbuatın məlumatına görə, partlayış nəticəsində bölgədəki binaların şüşələri sınıb.