Bazar ertəsi, 4 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Təsərrüfat təyinatlı sahələrdə tikilən evləri nə GÖZLƏYİR? – AÇIQLAMA

TURAN
03/05/2022 19:20
A A
0
BAXIŞ
FacebookTwitterTelegram

Son zamanlar kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə fərdi yaşayış obyektlərinin tikilməsi ilə bağlı hallar geniş vüsət alıb. Təsərrüfat təyinatlı ərazilərdə uzun zaman əkin-biçin işlərinin aparıldığını görsək də, daha sonra yerində yaşayış evlərinin yavaş-yavaş baş qaldırdığının da şahidi oluruq.

Sözügedən sahələrdə fərdi evlərin inşası məsələsinin nə dərəcədə qanuni olması isə sual altındadır.

Medianews.az xəbər verir ki, Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Bizim.Media-ya açıqlamasında mövzuya aydınlıq gətirib.

Onun sözlərinə görə, təsərrüfat üçün nəzərdə tutulmuş sahələrdə ev tikmək qadağandır:

“Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə fərdi yaşayış evlərinin tikilməsi qəti şəkildə qadağandır və qanunvericiliyə ziddir. Birmənalı olaraq, Torpaq Məcəlləsində də qeyd olunur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində yalnız təyinatı üzrə, yəni əkin-biçin və digər bu kimi işlərin həyata keçirilməsinə icazə verilir. Sözügedən ərazidə hər hansı bir fərdi yaşayış evinin tikintisi həyata keçirilsə belə, ona dövlət qeydiyyatlı çıxarışın verilməsi mümkün olmayacaq. Hər bir torpaq sahəsinin üzərində yalnız onun təyinatına uyğun olaraq tikinti həyata keçirilməsinə icazə verilir. Fərdi yaşayış evlərinin tikintisi yalnız yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmalıdır”.

Ekspert bir çox bölgələrdə təsərrüfat təyinatlı sahələrdə evlərin inşa edilməsi faktını da təsdiqləyib:

“Hazırda Bakının bir çox məntəqələrində, həmçinin rayonlarda kənd təsərrüfatı torpaqlarında fərdi yaşayış evlərinin tikilməsi halları geniş yayılıb. Məsələn, Maştağada yerləşən Savalan qəsəbəsi, Məhəmmədi kəndi, Abşeronun bir çox qəsəbələrində, hətta Göygöl və turizm təyinatlı Qusar rayonunda da kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə minlərlə fərdi yaşayış evləri tikilib. Həmçinin turizm obyektlərinin tikintisi də müşahidə olunur”.

Bəs torpaqların istifadə təyinatının dəyişdirilməsi və tikilmiş evlərin rəsmiləşdirilməsi üçün hansı addımlar atılmalıdır?

“Torpaqların istifadə təyinatlarının dəyişdirilməsi yalnız Nazirlər Kabinetinin səlahiyyətindədir və vətəndaşlar özləri birbaşa müraciət edə bilməzlər.

Çıxış yolu budur ki, həmin rayon, kənd üzrə səlahiyyətli bələdiyyələr ya da rayon icra hakimiyyəti Nazirlər Kabinetinə müraciət etsin və həmin sahənin təyinatı kənd təsərrüfatı təyinatından fərdi yaşayış sahəsinə dəyişdirilsin. Bundan sonra həmin torpaq sahəsi yaşayış məntəqələrinə aid edilir və kənd inzibati nümayəndəliyinin tabeliyinə keçirilir. Yalnız bundan sonra həmin evlərə çıxarış, yəni, rəsmi sənədin verilməsi mümkündür”, – deyə R.Qasımzadə bildirib.

Tags: Bakıhəyət eviTəsərrüfat

DAHA ÇOX OXU

export

Bakıda piyadanın üzərindən 2 avtomobil keçdi

04/07/2022
1-MANŞET

Ermənilər Laçını talan edib, yandırır – VİDEO

04/07/2022
1-MANŞET

Hadrutda ilk dəfə Azərbaycan bayrağını dalğalandıran polkovnik – VİDEO

04/07/2022
export

Bakıda qadın müayinəyə getdiyi klinikada intihar etdi

04/07/2022
Cəmiyyət

Damarları təmizləyir, qurdları öldürür, yaraları sağaldır – MÖCÜZƏVİ DƏMLƏMƏ

04/07/2022
export

Azərbaycanda dəhşət: Arvad ərini döyüb,ütü ilə yandırdı – VİDEO

04/07/2022
SON XƏBƏR

"Əlçatmaz deyilsiniz" - Fatimədən Xatirə və Natavana

Məktəbli qızın intihar etməsinin görüntüləri - ANBAAN VİDEO

İranın bəzi şəhərlərində toz fırtınaları kəskinləşib

Xəbər lenti

Bakıda piyadanın üzərindən 2 avtomobil keçdi

2022/07/04 10:08

Ermənilər Laçını talan edib, yandırır – VİDEO

2022/07/04 10:06

Hadrutda ilk dəfə Azərbaycan bayrağını dalğalandıran polkovnik – VİDEO

2022/07/04 10:04

Bakıda qadın müayinəyə getdiyi klinikada intihar etdi

2022/07/04 09:57

Damarları təmizləyir, qurdları öldürür, yaraları sağaldır – MÖCÜZƏVİ DƏMLƏMƏ

2022/07/04 09:44

Azərbaycanda dəhşət: Arvad ərini döyüb,ütü ilə yandırdı – VİDEO

2022/07/04 09:22

Özbək süvarisini qara papaqla ürkütmək cəhdi – Nukusda baş verənlər nəyin göstəricisidir…

2022/07/04 09:21

Plyajda almanları necə udduq

2022/07/04 09:17

44 günlük müharibənin daha bir məğlubu – separatçıların Moskva “nümayəndəliyi” bağlanır, ABŞ isə…

2022/07/04 09:16

Burak Özçivitin Bakı gəzintisi – FOTOLAR

2022/07/04 09:06

Zaqatalanın kəndləri sel suları altında qalıb, magistral yol bağlanıb

2022/07/04 08:58

Fransa 100 min ukraynalı qaçqını qəbul edib

2022/07/04 08:55

Türkiyə Ukrayna taxılını daşıyan Rusiya yük gəmisini saxladı

2022/07/04 08:26

İdman tariximizdə ilk – 3 nazir yarışda qüvvəsini sınayıb – FOTOLAR

2022/07/04 08:20

“Baku Bus”un sürücüsü ürəyindən bıçaqlandı

2022/07/04 08:15

U.S F-15 Fighter Aircraft in Display of Power as Tensions Rise with North Korea

Rusiya sərhədi yaxınlığında yeni NATO bazası yaradıla bilər

2022/07/04 07:34

Britaniya Qran-Prisi: Kütləvi qəza, etiraz aksiyası və Saynsın ilk qələbəsi – VİDEO

2022/07/04 07:17

Şolts: “Berlin tərəfdaşlarıyla Ukraynaya təhlükəsizlik təminatının verilməsinı müzakirə edir”

2022/07/04 07:00

72 yaşlı aktrisa yeniyetmə qız rolunu canlandırıb

2022/07/04 06:07

“Moskva-Siti” göydələnlərinin birində yanğın baş verib – VİDEO

2022/07/04 05:37

Danimarkada ticarət mərkəzində atışma: Yaralananlar var – VİDEO

2022/07/04 04:15

Azərbaycanda idmançı faciəli şəkildə öldü

2022/07/03 13:28

Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı RƏSMİ MƏLUMAT

2022/07/03 13:07

Qurban Qurbanov təlim-məşq toplanışından danışdı: Məni narahat edən… – VİDEO

2022/07/03 12:53

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.