Ermənistanda post-müharibə sindromu davam edir. Bədnam qonşular haqq edib üzləşdikləri fəlakətə görə artıq bir-birilərini didməyə başlayıblar. Halbuki faciənin günahkarı onların hamısıdır. On illərlə miflərə inanıb yaşayan erməni xalqıdır, faşizmi təbliğ edən erməni diasporu və dünya erməniliyidir, İsa Peyğəmbərə yox, şeytana qulluq edən xristianlığın üz qarası – erməni katolik kilsəsidir.
Azərbaycana qarşı işğalçılıq siyasətinə on illərlə gözüyumulu dəstək verən, “miatsum” sərsəmləməsinə səmimi şəkildə inanan ermənilər toplum olaraq həmin yanlış siyasətin və batil inancın altını çəkmək, onun acı nəticələrini “həzm eləmək” zorunda qalıblar. Başqa yolları yoxdur. “Həzm” edəcəklər. Əks halda, indi yaşadıqlarını təkrar yaşamalı olacaqlar.
Necə ki, Qarabağ savaşında öldürülən 200-dən çox erməni hərbçisinin meyiti aylardır sellofan torbalarda Abovyan şəhər Məhkəmə-Tibb Ekspertizası binasının zirzəmisində, soyuducuya-zada qoyulmadan, necə gəldi atılaraq qalıb, çürüntü iyi aləmi basıb və bütün bu mənzərə erməni sosial seqmentində hay-küy yaradıb.
Özgə torpaqlara göz dikməyin rəzil sonluğu. Dəyərdimi?
Bu millət nəhayət, ağıllanacaqmı? Özünə aid olmayana, harama əl uzatmağın oğurluq olmaqla yanaşı, həm də mədəniyyətsizlik, tərbiyəsizlik olduğunu kəsdirəcəkmi? Nəhayət, tövbə edəcəkmi?
Belə görünür ki, yox. Ermənistandakı seçki kampaniyasını azca izləmək kifayətdir ki, anlayasan: erməni xalqı növbəti fəlakətlərə hazırlanır. Çünki onun önündə gedənlərin, getməyə iddialı onların beynindəki faşizm virusu hələ də öz işindədır.
Misal üçün, Rusiya Erməniləri İttifaqının (erməni diasporunun) rəhbəri, seçki prosesinə qatılan Ara Abramyan görün nə deyir: “Azərbaycan indi qələbənin eyforiyasını yaşayır. Ancaq bu eyforiya onlarla pis zarafat edəcək. Biz gec-tez özümüzdə güc tapıb Qarabağda itirdiklərimizi geri qaytaracağıq. Qarabağ heç vaxt Azərbaycanın əlində qalmayacaq”.
Öz bədbəxt xalqına artıq hamının bildiyi nağılı danışan bu varlı erməni şərəfsizinə indi nə deyəsən? Əlbəttə ki, yeni müharibədə qırılan da onun qohum-əqrəbası olmayacaq. Onlar Rusiyada rahat öz həyatlarını yaşayırlar. Abovyanda meyiti meşoklarda iylənən erməni gənclərinin də ona aşağı-yuxarı dəxli yoxdur, qohumluğu çatmır. Çatsaydı, belə çərənləməzdi.
Müharibə hələ cəmi 6 aydır bitib, bu, “qan-qan” deyir. Erməni ordusunun bərpasının ən azı, yaxın 10-15 ildə mümkünsüz olduğunu bilə-bilə! O da əgər həmin vaxtadək Ermənistanda erməni qalsa…
“Bu fotoları (erməni hərbçilərinin sellofan meşoklardakı meyitləri – red. ) görəndə mənə elə gəldi ki, damarımda qan donub. Məgər bunlar adamdır? Onlarda insaniyyət adına nəsə var? Qəhrəmanlıq edib-etməməsindən asılı olmayaraq, ölən uşaqların cəsədləri ilə belə necə davranmaq olar? Onlar ən qiymətli şeylərini vətənə qurban veriblər. Bu heyvanlar isə onların meyitlərini gətirib soyuducuya atıblar”.
Bu sözlər isə Ermənistanın sabiq prezidenti, Xocalı hərbi canisi Serj Sərkisyana məxsusdur.
Sərkisyan da insanlıqdan, mərhəmətdən, meyitə sayğıdan dəm vurur, ilahi.
İstisna eləmirik, ola bilsin, onun damarında dona bilən hansısa maye var. Ancaq bu nədirsə, yüz faiz qan deyil! Qandırsa da, insan qanı deyil!
Yada salın, bu ikiayaqlı məxluq 2012-ci ilin fevralında – Xocalı soyqırımının 20-ci ildönümündə ingılis politoloq-yazar Tomas de Vaala müsahibəsində (bax: “Qara və Bağ” kitabı) Xocalıda azərbaycanlı dinc əhalinin, körpələrin qətliamına necə haqq qazandırmışdı. Sitat: “Xocalıya qədər azərbaycanlılar bizim onlarla sadəcə zarafat etdiyimizi düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu…”
İndi bütün bu allahsızlıqların bir ilahi cəzası, bumeranq effekti, sonucu olmalı idi, ya yox? Oldu da.
Amma ilahi cəza hələ bitməyib…