Medianews.az
Ermənilər Firəngiz Mütəllimovanın səhifəsini şikayət etdilər
1,519 baxış

Ermənilər Firəngiz Mütəllimovanın səhifəsini şikayət etdilər

Ermənilər Xalq artisti Firəngiz Mütəllimovanın səhifəsini şikayət ediblər. BAKU.WS xəbər verir ki, aktrisa bu haqda “Instagram” hesabında paylaşım edib. F.Mütəllimova status yayımlayaraq səhifəsinin ermənilər tərəfindən şikayət olunduğunu və izləyicilərindən çoxlu şərh yazmalarını istəyib: “Əzizlərim, Şuşa ilə bağlı paylaşımlarıma görə ermənilər səhifəmi şikayət edib bağlatdırmaq istəyirlər. Sizdən xahiş edirəm, bu fürsəti o alçaqlara verməyin. Şuşada çəkdirib paylaşdığım şəkillərin altından çoxlu şərh yazın. Məndən dəstəyinizi əsirgəməyin”. Xatırladaq ki, Xalq artisti 12-13 may tarixlərində Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında iştirak edib. Daha sonra F.Mütəllimova orada çəkilən şəkillərini “Instagram” hesabında izləyiciləri ilə bölüşüb. Ermənilər Firəngiz Mütəllimovanın səhifəsini şikayət etdilər

Bizə qoşulun