Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Avtomobil Federasiyası (AAF) aprelin 11-də keçirilən prezident seçkilərində layiqli namizədin qələbəsini qeyd etmək məqsədi ilə avtomobil yürüşü təşkil edib.
Medianews.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, 100-ə yaxın “offroad” avtomobili ilə edilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.
Qeyd edək ki, avtomobillər Heydər Əliyev Mərkəzi – Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – 28 May küçəsi – Bülbül prospekti – Xaqani küçəsi – Azadlıq prospekti – Zərifə Əliyeva küçəsi – Neftçilər prospekti – Dövlət Bayrağı Meydanı – Neftçilər prospekti – Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti – “Koroğlu” metrostansiyası – Heydər Əliyev prospekti – Gülarə Qədirbəyova küçəsi – Heydər Əliyev Mərkəzi marşrutu üzrə hərəkət ediblər.
Yürüşdə Yeni Azərbaycan Partiyası və Azərbaycan Avtomobil Federasiyasının üzvləri iştirak edirlər.
İştirakçılar aprelin 11-də keçirilən prezident seçkilərinin uğurla başa çatması və Yeni Azərbaycan Partiyasının seçkilərdəki namizədi İlham Əliyevə dəstək ifadə edən şüar və plakatlarla Bakının mərkəzi küçələri ilə keçid ediblər.
BAKU.WS