Medianews.az
Ziya Məmmədovun ətrafı ilə bağlı daha bir xəbər- yenilənib
376 baxış

Ziya Məmmədovun ətrafı ilə bağlı daha bir xəbər- yenilənib

ziya`-memmedov-yeniSon günlər Nəqliyyat Naziri Ziya Məmmədov və onun yaxın ətrafı ilə bağlı mediada müxtəlif xəbərlər dolaşır. Onun yaxınlarda öz vəzifəsindən çıxarılacağı media dəhlizlərində müzakirə olunan mövzulardan biridir. Mövzu ilə bağlı redaksiyamıza mötəbər mənbədən daha bir məlumat daxil olub. Belə ki, Biləcəri Lokomotiv deposunda ciddi yoxlamalar başlayıb. Məlumata görə, deponunu baş mühasibi Şəlalə Məmmədova saxlanılıb. Saxlanılan zaman onun seyfindən onlarla əməkhaqqı kartı çıxıb. Onun hazırda Biləcəridəki evində ev dustağı olduğu və ondan ölkəni tərk etməməsi barədə iltizam alındığı bildirilir. Xanım Məmmədova deponun keçmiş rəisi Rafiq Məmmədovun bacısı qızıdır. Rafiq Məmmədov isə Ziya Məmmədovun sağ əllərindən biri hesab olunur. Onların hər ikisi Ucar rayonunaddır və Rostov Dəmiryolları institutnda bir yerdə təhsil alıblar. Yazıyla bağlı redaksiyamızla əlaqə saxlayan Şəlalə Məmmədova isə müxbirimizə bildirib ki, yazılanlar həqiqətə uyğun deyil. O 5 ay bundan əvvəl öz ərizəsi ilə işdən çıxıb. Hazırda öz evindədir. Onların Ziya Məmmədovla yaxınlıqları da doğru deyil. Eyni rayondan olsalar da müxtəlif kənddəndirlər. Şəlalə xanım əvvəllər çalışdığı Biləcəri Lokomotiv Deposunda da hər hansı bir yoxlamanın və cinayət işinin olmasını təkzib etdi. Medianews.az

Bizə qoşulun