Keçən həftə sizə xəbər verdiyimiz kimi Türkiyənin Qars şəhərinin keçmiş bələdiyyə başqanı, “Ucubə” kimi tanınan heykəlin ideya müəllifi Naif Əlibəyoğlu qohumlarının vasitəsilə Ermənistanda böyük biznesə sahibdir. Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində ən çox iş aparan ailə kimi tanınan bu şəxslər dünən Qarsda ermənilərlə birlikdə iftar yeməyi təşkil ediblər. Biz keçən həftə məlumat verərkən də bu tədbirlərin xaricdən maliyyəşə biləcəyi ehtimalını da yazmışdıq. Bizim ehtimallarımız öz təsdiqini tapır. Çünki dünən verilən iftar yeməyində bir neçə beynəlxalq təşkilatın nümayəndəsi də iştirak edib. Gümrüdən gələn erməni qadınları Qarslı oruc tutanlar üçün yemək bişirib, süfrələr açıb.
Eyni zamanda bildiyiniz kimi ermənilər Qarsın onların torpağı olduğunu uzun illərdir ki, iddia edirlər. Qars ərazisində yerləşən məşhur alban Ani şəhərinin ermənilərin qədim məskəni olduğunu deyirlər.
Əlibəyoğlu ailəsinin köməyi ilə 21 iyunda Ermənistanın tanınmış caz pianoçusu Toqran Hamasyan həmin Ani şəhərinin xarabalıqlarında konsert verəcək. Bunun da dünyaya bir mesaj olduğunu bildirirlər. Hesab edirik ki, türk höküməti artıq bununla bağlı qəti addımlar atmalı, baş verənlərlə bağlı tədbirlər görməlidir. Hadisələrin inkişafı ilə bağlı sizə məlumat verəcəyik.
Medianews.az