“Ucubə”nin müəllifindən ikinci qalmaqal
Xatırlayırsızsa Qarsın keçmiş bələdiyyə başqanı Naif Əlibəyoğlu Qarsın ən yüksən yerində “İnsanlıq heykəli” deyə bir kompleks salmışdı. Kompleks erməni və türk millətlərinin barışıq içində yaşaması, soyqırıma həsr olunmuş bir abidə idi. Naif Əlibəyoğlu bu kompleksdən başqa bölgədə Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün ən çox çalşan siyasətçi hesab olunur. Onun himayəsində olan Sərhəd tv də əsasən bu təbliğatı aparması ilə seçilir.
Naif Əlibəyoğlu bələdiyyə başqanlığın itirdikdən sonra yeni gələn Qars bələdiyyə başqa bu kompleksin Türkiyənin apardığı siyasətə uyğun olmadığını bildirdi, məsələyə o zamankı baş nazir Rəcəb Tayyib Ərdoğan qarışdı. Heykəli “ucubə” adlandıran baş nazir onun sökülməsinə qərar verdi. O zaman gəzən şayiələrə görə o kompleksin sökülməsi üçün Azərbaycan prezidenti İlham Əliyev də Türkiyə baş nazirinə zəng edibmiş.
Heykəl söküldü, amma Naif Əlibəyoğlu adlı siyasətçinin erməni sevdası bitmədi. Saytımızın əldə etdiyi məlumatlara görə Naif Əlibəyoğlunun Ermənistanda böyük biznesi var. Bura otellər, restoranlar daxildir. Onun Türkiyə Ermənistan sərhədlərinin açılması həm biznes maraqlarından, həm də kürd-erməni əslindən irəli gəlir. Naif Əlibəyoğlunun Ermənistandakı biznesinə qardaşı və yaxın ailə üzvləri rəhbərlik edir. Bu faktın onların xarici passportlarındakı ermənistan möhürləri ilə də sübut olunması mümkündür.
Bu günlərdə isə Əlibəyoğlu ailəsi Gümrüdə yeni bir restoran açıb. Restoranın adı “Gümrü-Qars yemək atelyesi”dir. Qarsdan apardığı aşbazlarla erməni aşbazların birgə çalışdığı atelyedə hər iki ölkənin milli mətbəxinin yeməkləri hazırlanaraq turistlərə və sakinlərə təqdim olunur. Eyni zamanda bu atelye sosial şəbəkələrdə də “Azmı tuz çörək yedik” başlığı ilə təbliğ olunur. Ehtimallara görə Naif Əlibəyoğlu Ermənistan və onun havadarları tərəfindən bu xalq diplomatiyasının aparılması üçün maliyyə yardımı alır. Çünki məlumdur ki, türk iş adamlarının Ermənistanı investisiya üçün seçməsi qədər, sərhədlərin açılması da bu ölkənin dirçəlməsinə yardım edə bilər.
Xatırladaq ki, Türkiyə Qarabağ problemi həll olunana qədər Ermənistanla sərhədləri açmayacağına, bu işğalçı ölkənin iqtisadi blokadasının davam edəcəyinə qərar verib.
Medianews.az