Medianews.az
Jalə Əliyeva: “Qızlarımızın əsgərlərə müraciəti alqışlanmalı təşəbbüsdür"
1,587 baxış

Jalə Əliyeva: “Qızlarımızın əsgərlərə müraciəti alqışlanmalı təşəbbüsdür"

jaleee “Qızlarımızın bu addımı alqışlanmalı bir təşəbbüsdür”. Bunu Modern.az-a açıqlamasında deputat Jalə Əliyeva bir qrup tələbə qızların “Lider Qadınlar” Birliyinə etdikləri müraciət ilə bağlı deyib. Onun sözlərinə görə, bu həm mərdlik, həm də səfərbərlik baxımından uğurlu addımdır: “Amma düşünürəm ki, dövlətin öz qayda-qanunları var. Düşünürəm ki, səfərbərlik elan olunsa, təbii ki, o zaman ilk növbədə gedəcək olan insanlar var. Amma xanımların da səfərbərliyə bu qədər həssas yanaşması könüllük əsasında olan bir şeydir. Amma qızlar, qadınlar hər zaman müharibədə arxa cəbhədə çox köməklik ediblər”. J. Əliyeva bu təşəbbüsü alqışladığını, amma hər şeyin sülh yolu ilə həll edilməsinə ümid etdiyini dedi: “Ümid edirik ki, cəbhədə yaranan böhranlı vəziyyəti Ali Baş Komandan danışıqlar yolu ilə həll edəcək. ” Qeyd edək ki, bir qrup tələbə qızlar “Lider Qadınlar” Birliyinə etdikləri müraciət də cəbhə bölgəsinə getmək istədiklərini bildirirlər: “Azərbaycan qızlarının bu addımı əsgərlərimizin son günlər göstərdikləri şücaətdən irəli gəlir. Çox maraqlı müraciətlər var. Subay gənc qızlarımız açıq şəkildə bildirirlər ki, onlar gələcək həyat yoldaşlarının Milli Qəhrəman Mübariz İbrahimov kimi, bu günlərdə şücaət göstərərək həlak olmuş şəhid əsgərlərimiz kimi qəhrəmanlar olmasını arzulayardılar.

Bizə qoşulun