Moskvada istintaq orqanları 26 mayda Testovskoyda "Moskva-Şəhər" kompleksinin tikinti sahəsində baş vermiş kütləvi dava faktı üzrə cinayət işi açıb.
ANS PRESS-in məlumatına görə, hadisədə iştirak etməkdə təqsirli bilinən 450 miqrant polis əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb.
Bu saxlanılanların daha əvvəl törədilmiş hər hansı cinayətdə iştirak edib-etmədikləri yoxlanılacaq.
