“Əl-Həyat” qəzetinin məlumatına görə, Krım Muxtar Respublikasında keçirilən referendumdan sonra qəzzalılar da Rusiyanın tərkibinə keçmək məqsədilə baş nazir İsmayıl Haniyəyə müraciət ediblər. Əslən rus mənşəli olan 50 min qəzzalı İsmayıl Həniyyəyə məktub ünvanlayaraq ondan Rusiyayanın tərkibinə keçmək üçün referendum keçirilməsini istəyiblər.
Baş nazirə yazılan məktubun mətni belə olub: “Rəsmi Moskva, dünyanın istənilən yerində yaşayan rus vətəndaşlarını himayə edəcəyini bildirib. Məlum olduğu kimi, biz burada İsrail tərəfindən qətliam, işkəncə və zorakılığa məruz qalırıq. Ona görə də Rusiyanın tərkibinə keçmək, Qəzza xalqını İsrailin təcavüzü qarşısında sığortalaya bilər.”