Medianews.az
"Azercell"dən xəbərdarlıq: "Ehtiyatlı olun, dələduzlar var!"
843 baxış

"Azercell"dən xəbərdarlıq: "Ehtiyatlı olun, dələduzlar var!"

images_azercell loqo "Azercell" abunəçilərinə xəbərdarlıq edib. Virtualaz.org saytı bu barədə şirkətdən yayılan məlumata istinadən xəbər verir. Məlumatda deyilir: "Son günlər "Azercell" şəbəkəsi istiqamətində beynəlxalq mobil dələduzların fəallaşmasını nəzərə alaraq abunəçilərimizə daha diqqətli olmağı tövsiyə edirik. Bununla əlaqədar tərəfimizdən bütun müvafiq tədbirlər görülməkdədir". "Azercell Telekom" şübhəli məzmunlu SMS-lərə geri dönüş etməməyi, həmin SMS-də göstərilən beynəlxalq nömrələrə zəng etməməyi tövsiyə edir: "Əks halda nömrənizin hesabında böyük məbləğdə xərclər yarana bilər". Şirkətin keçirdiyi yeni kampaniya, tarif planları və digər məhsullar barədə məlumatlar "Azercell"in rəsmi saytı, facebook səhifəsi və mətbuat kanalları vasitəsilə abunəçilərə çatdırılır.

Bizə qoşulun