Medianews.az
Elman Türkoğlunun oğlu intihar etdi
196 baxış

Elman Türkoğlunun oğlu intihar etdi

 

Ötən gecə saat 03:00 radələrində bayraqdar Elman Türkoğlunun oğlu Məhəmmədəmin Həsənli intihar edib. Bu barədə məlumatı Teleqraf.az-a KXCP sədrinin müavini Xəzər Teyyublu verib. Hadisə yerində olan X.Teyyublunun sözlərinə görə, M.Həsənli yaşadığı qaçqın yataqxanasında özünü asaraq həyatına son qoyub. Hələlik intiharın səbəbi məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.

 

M.Həsənli 1996-cı il fevralın 9-da Bakı şəhərində anadan olub.

 

Qeyd edək ki, Elman Türkoğlunun digər oğlu Elçibəy Həsənli hazırda hərbi xidmətdədir.

 

Bizə qoşulun