Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova ilə bağlı maraqlı açıqlama verib.
Medianews.az xəbər verir ki, müğənni sosial şəbəkədə Alyonanın etdiyi bir jesti uzun müddət yanlış anladığını bildirib:
“Alyona əvvəl iki əli ilə ürək göstərirdi. Sonra bir dəfə baş və işarə barmaqlarını birləşdirib göstərdi. Elə bildim ki, pul istəyir. Evdən çıxanda mənə bunu göstərirdi. Soruşurdum ki, nə qədər pul lazımdır? Sən demə, sevgi mənasını verirmiş".
Qeyd edək ki, cütlüyün bu nikahdan Afina adlı qız övladı var. (Axşam.az)